"Ermənistan Respublikası tarixində heç vaxt indiki qədər müstəqil olmayıb, xüsusilə avqustun 8-də imzalanmış sənəddən sonra".
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan bildirib.
“Bütün addımlarımızı dost ölkələrimizə, o cümlədən İrana izah etmişik. Açıq demək lazımdır ki, İran bu yolun və Ermənistanın kommunikasiyalarının açılmasının ilk və əsas fayda götürənlərindən olacaq”, – deyə Papoyan qeyd edib.
Nazir vurğulayıb ki, kommunikasiyalar açıldıqda və “Tramp yolu” həyata keçirildikdə, İran həmçinin Ermənistan, Azərbaycan və Türkiyə ərazisi vasitəsilə Avropa İttifaqına dəmir yolu əlaqəsi əldə edəcək.
“Bu baxımdan mən tam əminəm ki, İran həmin yolun əsas fayda götürənlərindən biri olacaq”, – deyə o yekunlaşdırıb.