Azərbaycan Prezideni İlham Əliyevin Çinə səfəri gözlənilir.
Operativ Media xəbər verir ki, o, Çinin Tyanjin şəhərində keçiriləcək ŞƏT sammitində iştirak edəcək.
Məlumata görə, tədbirdə dövlət və hökumət başçıları, o cümlədən 20-dən çox ölkənin və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.
Tədbirdə Türkiyə, Rusiya, İran prezidentlərinin, Ermənistan və Pakistan Baş nazirlərinin və digərlərinin iştiraki da gözlənilir.
Qeyd edək ki, ŞƏT sammiti Çinin şimalında yerləşən Tyanjin şəhərində 31 avqust – 1 sentyabr tarixlərində keçiriləcək.