Türkiyədə Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməl daşı qoyulub.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, təxminən 110 milyard lirə sərmayə ilə tikiləcək xəttin illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyəti olacaq.
İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik bu xətt təkcə logistika imkanları baxımından deyil, həm də tikinti keyfiyyəti, tunel və viyadük dizaynı baxımından qabaqcıl mühəndislik nümunəsi olacaq.
Xəttə beş tunel, 19 örtülü tunel, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid və 480 suötürücü daxil olacaq. Xəttin 2029-cu ilin sonuna qədər tamamlanacağı gözlənilir.