Həştərxanda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilir
Nərmin Qocamanlı
Rusiyanın Həştərxan şəhərində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
İclasdan əvvəl Azərbaycan nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin “Naberejnaya Privoljski” küçəsində yerləşən abidəsi önünə gül dəstələri qoyublar.
Mərasimdə hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov iştirak ediblər.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma