Liviya Dövləti Prezident Şurasının sədri İlham Əliyevi təbrik edib

Nərmin Qocamanlı
Liviya Dövləti Prezident Şurasının sədri İlham Əliyevi təbrik edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında 2025-ci il avqustun 8-də tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizi ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Bu, Qafqaz regionunda uzun illər davam edən münaqişənin sona çatdırılması istiqamətində yeni mərhələni əks etdirən mühüm addımdır.

Sizin müdrik rəhbərliyiniz və sülhə nail olmaq istiqamətində göstərdiyiniz güclü iradə bu qeyri-adi uğura gətirib çıxarmış, bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə mühüm töhfə vermişdir.

Siz dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa sadiqliyinizi nümayiş etdirməklə münaqişələrin həllində örnək sayıla biləcək bir model ortaya qoymusunuz.

Azərbaycan xalqına daimi inkişaf və rifah arzularımızı ifadə edir, bu tarixi nailiyyət fonunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənəcəyinə ümid bəsləyirik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Digər xəbərlər