Menyu

Politoloq Sergey Markov xarici agentlərin reyestrinə daxil edilib - YENİLƏNİB

Əsəd Abbaslı
Politoloq Sergey Markov xarici agentlərin reyestrinə daxil edilib - YENİLƏNİB

Politoloq Sergey Markov “xarici agent” statusunun ona verilməsini səhv hesab edib və bu qərardan məhkəməyə müraciət edəcəyini bildirib.

Operativ Media xəbər verir ki, politoloq bu barədə “Pod’yom” nəşrinə açıqlamasında bildirib.

Məlumata görə, onun bu məsələ ilə bağlı hakimiyyət orqanları ilə heç bir təması olmayıb.

Markov əlavə edib: “Hesab edirəm ki, bu, hansısa yanlışlıqdır. Mənə bu barədə heç nə məlum deyil. Üstəlik, hamıya yaxşı məlumdur ki, mən heç bir ‘inoagent’ deyiləm”.

18:14

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu “xarici agentlər” reyestrinə daxil edib.

Operativ Media xəbər verir ki, Markovun adı son vaxtlar Azərbaycan və Türkiyə ilə bağlı verdiyi açıqlamalara görə Rusiyada müzakirə mövzusu idi.

O, həmçinin III Şuşa Qlobal Media Forumunda iştirak etmişdi.

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin isə Markovu “Azərbaycan agenti” adlandırmışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər