Suriya XİN İsraillə təhlükəsizlik sazişi barədə yayılan xəbərləri təkzib edib
Əziz Əzizli
Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyi İsraillə təhlükəsizlik sazişi imzalanması barədə yayılan məlumatları təkzib edib.
Operativ Media xəbər verir ki, bu barədə Suriya telekanalı xəbər yayıb.
Nazirliyin telekanalın sorğusuna cavab olaraq verdiyi açıqlamada qeyd olunub ki, “iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil”.
Bundan əvvəl “Müstəqil Ərəbistan” nəşri Suriya mənbələrinə istinadla bildirmişdi ki, Suriya və İsrail sentyabrın 25-də ABŞ-nin himayəsi altında təhlükəsizlik sazişi imzalayacaqlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net