23 Fevral 2023, 10:59
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 14 mini keçib
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 14 mini keçib şəkil
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 14 mini keçib

Rusiya-Ukrayna müharibəsinin birinci ilində Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən çox sanksiya tətbiq edilən ölkəsi olub.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 mini keçib.

Castellum.ai qlobal sanksiyaların monitorinqi məlumat bazasının məlumatına görə, Rusiya 22 fevral 2022-ci il tarixinə 11 327 yeni sanksiyaya məruz qalıb. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22-yə çatıb.

Bu rəqəmlə Rusiya İranı 4268, Suriyanı 2643, Şimali Koreyanı 2133 sanksiya ilə ötüb.

Dünyada ən çox sanksiya tətbiq edilən ölkələr siyahısında Belarus 1155, Venesuela 651 və Myanma 839 sanksiya ilə yer alıb.

Qeyd edək ki, Rusiyaya ən çox sanksiya tətbiq edən ölkə ABŞ olub.

Son xəbərlər
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir
ABL: "Neftçi" "Ordu"nu məğlub etdi
Starmer və Tramp Ukraynadakı vəziyyəti və husilərə qarşı əməliyyatları müzakirə ediblər