İlham Əliyev Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb
Nərmin Qocamanlı
Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
"Operativ Media" xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Teqlər:
"İlham Əliyev Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb"