Azərbaycan və ABŞ arasında çərçivə sazişinin imzalanması üçün ilkin müzakirə aparılıb
Şəfa Hüseynli
Vaşinqtonda tarixi görüşdən sonra Azərbaycan və ABŞ arasında Çərçivə Sazişinin imzalanması üçün əlverişli şərait yaranıb və ilkin müzakirə aparılıb.
Operativ Media xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, enerji sahəsində maliyyələşmə ABŞ-la Azərbaycan arasında əməkdaşlıqda mühüm məsələlərdən biri olaraq qalmaqdadır.
Mikayıl Cabbarov qeyd edib ki, ölkəmizin bölgə və dünyada enerji təhlükəsizliyinə verdiyi töhfə görüşlərdə xüsusilə qeyd edilib: “Azərbaycanın zəngin enerji resursları, o cümlədən bərpaolunan enerji ehtiyatları da diqqət çəkib”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net