Menyu

Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı zəruri işlərə başlanılıb

Nərmin Qocamanlı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı zəruri işlərə başlanılıb

Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı zəruri işlərə başlanılıb.

Operativ Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasının yekunu zamanı çıxışında deyib.

O qeyd edib ki, uğurla icra olunan Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:

“Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bu illər ərzində azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edirlər.

Son zamanlar Azərbaycana səfər edən dövlət və hökumət başçıları bir qayda olaraq işğaldan azad edilmiş ərazilərimizə də səfər edir və Prezident İlham Əliyevin apardığı genişmiqyaslı işləri böyük heyranlıq hissi ilə qeyd edirlər”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər