http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Fikrət Əliyev: "Bu bizim tariximizə düşən növbəti zəfər kimi qiymətləndirilməlidir”

01 Mart 2023 , 18:09
Fikrət Əliyev: "Bu bizim tariximizə düşən növbəti zəfər kimi qiymətləndirilməlidir”

Xəbər verildiyi kimi, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. 
Görüşlə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev "Operativ Media"ya açıqlamasında bildirib ki, bu Azərbaycanın siyasi arenadakı növbəti qələbəsidir: 


“Bilirsiniz ki, həmin görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Həm də bundan sonra da Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək. Qeyd etmək lazımdır ki, biz bir çox siyasi təzyiqlərə, təhdidlərə məruz qaldıq. Bir çox dairələr ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə, etdirməyə çalışırdı. Faydalı yataqlarımızın qanunsuz istismarına qarşı etirazımıza görə az qala bütün dünya üzərimizə gəlməyə başlamışdı. Amma biz haqqın tərəfindəyik, öz hüquqlarımızı qoruyuruq və tələb edirik. Biz ədalətli tərəfik və bu da bizim siyasətimizdə özünü göstərir. Bu torpaqlar bütün dünya ölkələri tərfindən Azərbaycan ərazisi kimi tanınır. Burada hər bir fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənməlidir. Azərbaycan hakimiyyəti əzmlə siyasi arenada, danışıqlar masasında mövqeyimizi müdafiə edərək qalib gəlməyi bacardı. Bunun nəticəsi olaraq, “Vardanyan” planı baş tutmadı. Məhz bunun nəticəsi olaraq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə danışıqlar başladı. Bu danışıqlar bir çox problemli məsələnin həllinə yol açacaq. Bu bizim tariximizə düşən növbəti zəfər kimi qiymətləndirilməlidir”.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

XƏBƏR LENTİ
  • 11:26

    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  • 11:13

    AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir
  • 10:53

    Avstriyada parlament seçkiləri keçirilir
  • 10:15

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
  • 10:07

    İranın cənub-şərqində helikopter qəzası baş verib
  • 09:30

    Hakan Fidan: “Hizbullah”ın lideri region üçün önəmli fiqur idi
  • 09:25

    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Menyu