http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Aİ Ukraynadakı müharibə ilə bağlı sanksiyaların müddətini uzadıb

13 Mart 2023 , 18:21
Aİ Ukraynadakı müharibə ilə bağlı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxsləri hədəf alan məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2023-cü ilin 15 sentyabrına qədər uzadılması barədə qərar qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mövcud məhdudlaşdırıcı tədbirlər fiziki şəxslərin səyahətinə məhdudiyyətlər, aktivlərin dondurulması, vəsaitlərin və ya digər iqtisadi resursların sadalanan fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

Sanksiyalar Rusiyanın Ukraynaya qarşı davam edən əsassız hərbi təcavüzünə cavab olaraq 1473 fiziki şəxsə və 205 quruma şamil edilib.

"2022-ci il fevralın 24-dən sonra Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq, Aİ Rusiyanın iqtisadi bazasını əhəmiyyətli dərəcədə zəiflətmək, onu kritik texnologiyalardan və bazarlardan məhrum etmək və müharibə aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq məqsədi ilə Rusiyaya qarşı sanksiyaları kütləvi şəkildə genişləndirib. Rusiya vəhşi müharibəsini dərhal dayandırmalıdır", Aİ Şurasının bəyanatında qeyd olunub.

 

OXŞAR XƏBƏRLƏR
Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb

COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb

XƏBƏR LENTİ
  • 13:31

    İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
Menyu