http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb

14 Mart 2023 , 09:58
Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket atdığını bildirib.

"Operativ Media" xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri, sınaqların yerli vaxtla 07:41 və 07:51-də cənub-qərbi Canqyon bölgəsindən aparıldığını açıqlayıb.

Qısa mənzilli ballistik raketlərin (SRBM) havada 600 kilometrdən çox məsafə qət edərək Yapon dənizinə düşdüyü bildirilir.

Yaponiyanın müdafiə naziri Hamada Yasukazu bildirib ki, sözügedən raketlər Yaponiyanın milli müstəsna iqtisadi zonasından kənara düşüb.

Yaponiyanın baş naziri Kişida Fumio verdiyi açıqlamada raketlərin düşdüyü bölgədə kruiz elementlərinə heç bir ziyanın olmadığını bildirib.

Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu bəyan edib ki, müxtəlif növ raket sınaqları ilə Pxenyan administrasiyası regionda təxribatlarını artıra bilər.

Qeyd edək ki, sınaq Cənubi Koreya və ABŞ orduları tərəfindən dünən başladılan və martın 23-dək davam etməsi planlaşdırılan “Azadlıq Qalxanı” təlimindən sonra həyata keçirilib.

 

OXŞAR XƏBƏRLƏR
İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib

İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib

İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib

İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib

Rusiya və İran XİN başçıları görüşüb

Rusiya və İran XİN başçıları görüşüb

XƏBƏR LENTİ
  • 13:31

    İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
Menyu