http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 3 milyon ağacın əkilməsi nəzərdə tutulur

21 Mart 2023 , 12:54
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 3 milyon ağacın əkilməsi nəzərdə tutulur

Meşələrin əhəmiyyətini vurğulamaq, meşələrin mühafizəsini və yeni meşə əkinlərini təşviq etmək məqsədilə hər il 21 mart Beynəlxalq Meşələr Günü kimi qeyd olunur. Qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması istiqamətində başlıca fəaliyyət kütləvi yaşıllaşdırma işlərinin aparılması və meşə sahələrinin genişləndirilməsindən ibarətdir.

"Operativ Media" xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev "Azərtac"a bildirib ki, bu baxımdan Azərbaycanda da intensiv olaraq meşəbərpa tədbirləri aparılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır: "Təkcə ötən il və bu ilin müvafiq dövrü ərzində ölkənin meşə fondu torpaqlarının 1605 hektarında əkin və səpin işləri aparılıb.

Bu il Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə üzrə meşə və qeyri-meşə sahələrində, ümumilikdə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub”.

Xidmət rəsmisinin sözlərinə görə, meşə fondu sahələrinin də builki əkin planı təsdiqlənib və 2023-cü ildə ölkə üzrə 1050 hektardan artıq sahədə əkin və səpin işlərinin aparılması planlaşdırılır.

"Meşə sahələrinin və yaşıllıqların genişləndirilməsi işləri dünən, bu gün və sabah üçün prioritetdir", - deyə V.Fərzəliyev qeyd edib.

Beynəlxalq Meşələr Günümüz mübarək!

OXŞAR XƏBƏRLƏR
Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

İranın 1-ci vitse-prezidenti: "Moskva ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir"

İranın 1-ci vitse-prezidenti: "Moskva ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir"

XƏBƏR LENTİ
  • 17:19

    Mişustin İran prezidenti ilə danışıqlar aparıb
  • 17:10

    İşğaldan azad edilmiş ərazilərə indiyədək 2235 ailə köçürülüb
  • 17:00

    Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
  • 16:56

    "Fərdi evlərdə yaşıl enerjidən istifadə, bina evlərinə nisbətən daha əlverişlidir" - EKSPERT
  • 16:43

    Sabiq italyan futbolçu otel otağında ölü tapıldı
  • 16:40

    Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin keçirilməsi qaydası təsdiqlənib
  • 16:37

    Azad edilmiş ərazilərdə daha 330 mina aşkarlanıb
  • 16:35

    Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Menyu