http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

De Byazi: "Hesab açıldıqdan sonra sakitliyimizi itirdik"

25 Mart 2023 , 06:26
De Byazi: "Hesab açıldıqdan sonra sakitliyimizi itirdik"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin I turunda Avstriyaya qarşı səfər matçını şərh edib.

"Operativ Media" xəbər verir ki, italyan mütəxəssis 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:

“27-ci dəqiqəyə kimi bərabər oyun gedirdi. İlk qola qədər elə böyük problemimiz olmurdu. Öz oyunumuzu göstərməyə çalışır, top saxlayırdıq. Hesab açıldıqdan sonra sakitliyimizi itirdik. Son dəqiqələrə qədər bizim üçün çətin oldu və əziyyət çəkdik”.

Təcrübəli mütəxəssis buraxılan qollar zamanı yol verilən səhvlər barədə danışıb:

“Hesab açılana qədər bərabər oyunu saxlamağa çalışırdıq. Ardınca səhvdən top buraxdıq. İkinci qoldan sonra komanda inamını bir az itirdi”.

De Byazi millidə debüt edən Yusif İmanov və Azər Əliyevin oyununu dəyərləndirib:

“Gələcəkdə bizim üçün lazımlı ola bilərlər. Azər Əliyev təcrübəli oyunçudur. Elvin Cəfərquliyevin sarı vərəqəsi olduğu üçün onu əvəzlədik. Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında şübhəm var idi. Uzaq səfərdən gəldiyinə görə Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik”.

OXŞAR XƏBƏRLƏR
"Neftçi" sabiq çalışdırıcısına tapşırılır

"Neftçi" sabiq çalışdırıcısına tapşırılır

Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

XƏBƏR LENTİ
  • 08:08

    "Neftçi" sabiq çalışdırıcısına tapşırılır
  • 07:59

    Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • 07:50

    Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
  • Dünən
    20:11

    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
Menyu