http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Qurban Qurbanov: "Murad Musayev neçə oyunçu lazımdırsa verməyə hazır olduqlarını bildirdi"

25 Mart 2023 , 17:15
Qurban Qurbanov: "Murad Musayev neçə oyunçu lazımdırsa verməyə hazır olduqlarını bildirdi"

"Ən vacib amil görüşün mahiyyətidir. Bu oyun Türkiyədəki zəlzələdən sonrakı durum üçün planlaşdırılıb. Çox istərdim ki, görüş xoş təəssüratlarla başa çatsın".

"Operativ Media" xəbər verir ki,  bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis matça ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda çox gözəl ab-hava gördüyünü bildirib: "Təşkilatçılara təşəkkür edirəm. Məlumatım var, klubumuzun əməkdaşları stadion işçiləri ilə birlikdə çox böyük işlər görürlər. Mənim üçün çox xoş oldu. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Məncə, maraqlı və önəmli qarşılaşmadır".

Bakıda İstanbul klubunun azarkeşlərinin çox olduğunu xatırladan Qurbanov hamının bu matçı gözlədiyini söyləyib: "Azərbaycan tərəfdən Türkiyəyə nə lazım olsa, biz hər zaman hazırıq. Allah heç kimə belə fəlakət göstərməsin. Türkiyə xalqına səbr diləyirəm. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, hamı bu qarşılaşmadan zövq alsın".

Təcrübəli baş məşqçi heyətdə edəcəyi mümkün rotasiyalara da toxunub: "Oyunçularımızın sayı azdır. Əlimizdəki futbolçularla görüşü başa vurmağa çalışacağıq. Bilirsiniz ki, keçmiş "Qarabağ"lıları heyətimizə dəvət etmişik. Yalnız qapıçı Anar Nəzirov bu mənada istisna təşkil edir. Digərləri - Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizim öz uşaqlarımızdır. "Sabah"dan legioner dəvət etmək fikrimiz var idi. Son anadək gözlədik ki, əlimizdəki oyunçuların durumunu bilək. Dünən qəti qərarımı verdim. Murad Musayev, Elmar Baxşıyev və Ayxan Abbasovun müsahibələrini oxudum, Cavid Hüseynov və digərləri ilə danışdım. Hər birinə təşəkkür edirəm. Dünən Murad Musayevlə söhbətimiz oldu. Necə oyunçu lazımdırsa, verməyə hazır olduqlarını bildirdi. Amma çox futbolçu götürmək istəmədik".

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək

OXŞAR XƏBƏRLƏR
Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazandı

XƏBƏR LENTİ
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
  • Dünən
    20:11

    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
  • Dünən
    19:34

    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
  • Dünən
    19:13

    Hizbullah İsraili ittiham edir
  • Dünən
    18:59

    Aİ Macarıstanı Ukraynaya dəstək üçün razı sala bilməyib
Menyu