http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT sənədi kimi yayılmasına dair - ŞƏRH

29 Mart 2023 , 08:58
Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT sənədi kimi yayılmasına dair - ŞƏRH

Ermənistan Silahlı Qüvvələri 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərini işğal edəndə bu istilaçı əməllərə görə Birləşmiş Millətlər Təşkilatı 1993-cü ildə 4 qətnamə qəbul etdi. Bu qətnamələr o demək idi ki, Ermənistan ordusu Azərbaycan ərazilərindən çıxmalıdır. Uzun sürən danışıqlar prosesi nəticəsiz qaldıqda Azərbaycan 2020-ci ildə güc yolu ilə bu qətnamələrin icrasını həyata keçirdi. Dünya birliyi, bir neçə ermənipərəst qüvvələr istisna olmaqla Azərbaycanın mövqeyini dəstəklədilər. Çünki BMT sənədinin hüquqi əsas vardı. 


1993-cü ildən 2023-cü ilə kimi, növbəti 30 il keçdi və BMT daha bir sənəd qəbul etdi. Bu sənəd odur ki, indiki Ermənistan ərazisindən qovulmuş Azərbaycanlılar sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmalıdır. Bu onların hüququdur və təmin edilməlidir. Deyə bilərsiniz bu qətnamə deyil, düzdür qətnamə deyil. Amma BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədidir. Rəsmi sənədin isə hüquqi məsuliyyəti var. Necə ki, qətnamə məsuliyyətini Ermənistan daşıyırdısa, qərbi azərbaycanlıların da indiki Ermənistan ərazisinə qayıtması sənədinin məsuliyyəti var. Azərbaycan dövlət olaraq bu məsuliyyətin yaradılması üçün çalışıb və soydaşlarının qayıtması üçün hüquqi baza yaradıb. Ermənistan isə məsuliyyəti dərk edib, icra etməlidir ki, qərbi azərbaycanlılar doğma yurdlarına, indiki Ermənistan ərazisinə qayıtsın. Yenə deyirəm, bu BMT-nin rəsmi sənədidir və BMT üzvü olan Ermənistan tərəfindən icra edilməlidir. Yəqin ki, Ermənistan bu məsələni 30 illik işğalçılıq istəyi ilə bir tutmaz və Azərbaycan tərəfinin Dəmir Yumruğuna ehtiyac qalmaz. 


Xatırlatma üçün deyim ki, vaxtilə doğma yurdlarından didərgin salınmış insanların və ya həmin insanların qohumlarının, nəsillərinin davamçılarının qayıdışı dünya miqyasında olub. Bunlardan biri yəhudilərin didərgin salınmış torpaqlarına İkinci Dünya Müharibəsindən sonra qayıtması və hətta dövlət qurmasıdır.


Samir Cabbarov – Operativ Media

OXŞAR XƏBƏRLƏR
Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu