http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

30 Sentyabr 2024 , 22:40
Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

Konfransda ümummillikdə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə, o cümlədən rəsmi şəxslər, diplomatlar və nüfuzlu ekspertlər iştirak edib. Konfransın əsas mövzusu – kiberdiplomatiya sahəsinin inkişaf perspektivləri və kiberdiplomatiyanın informasiya təhlükəsizliyindəki rolunun müzakirəsi olmuşdur. Konfransda sahə üzrə aktual istiqamətlərdə 4 panel müzakirəsi təşkil edilmişdir.

"Operativ Media" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ADA Universitetinin tərəfdaşlığı və özəl təşkilatların dəstəyi ilə keçirilib.

Qeyd edək ki, Konfrans çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək, eləcə də yeni vəzifəyə çevrilən kiberdiplomatların hazırlanması məqsədilə ölkəmizdə Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi fəaliyyətə başlamışdır.

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB

Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu