http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

Ceyhun Bayramov İsrail müdafiə naziri ilə görüşüb - YENİLƏNİB

29 Mart 2023 , 16:26
Ceyhun Bayramov İsrail müdafiə naziri ilə görüşüb - YENİLƏNİB

29 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə, iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb. 

17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən nazir Ceyhun Bayramov, sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb. 

Nazir Yoav Qallant, iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:34

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüş Azərbaycan XİN rəhbərinin İsrailə səfəri çərçivəsində baş tutub.

Tərəflər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu