http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qaçaqmalçılıq yolu ilə gətirilmiş malların ölkəyə keçirilməsinə şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır

03 Aprel 2023 , 12:32
Qaçaqmalçılıq yolu ilə gətirilmiş malların ölkəyə keçirilməsinə şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır

Qaçaqmalçılıq yolu ilə gətirilmiş malların ölkəyə keçirilməsinə şərait yaradan vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Cəmil İsmayılovun 2022-ci ilin avqust-oktyabr aylarında hava limanı ilə ölkəyə gətirilən qızıl-zinət əşyalarının gömrük ödənişlərinə cəlb olunmadan qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün rüşvət müqabilində bir qrup şəxsə köməklik göstərməsinə əsaslı şübhələr müəyyən edilib. 

Cəmil İsmayılova Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar qaçaqmalçılığa köməklik), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

XƏBƏR LENTİ
  • 07:13

    Rusiya prezidenti Türkmənistana gedib
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
Menyu