http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb

10 Oktyabr 2024 , 23:30
Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb

Malidə güclü daşqınlar nəticəsində azı 77 nəfər ölüb, 148 nəfər isə xəsarət alıb.

"Operativ Media" xəbər verirki, bu barədə Malinin keçid dövrünün baş naziri Çoqel Kokalla Mayqa böhran və təbii fəlakətlərin idarə olunması üzrə nazirliklərarası komitənin iclasında çıxışı zamanı bildirib.

“Daşqınlar nəticəsində 264 648 nəfəri əhatə edən 47 955 təsərrüfata ziyan dəyib. 77 nəfər ölüb, 148 nəfər xəsarət alıb”, - o deyib.

Baş nazirin sözlərinə görə, bir çox yaşayış binaları, məktəblər, infrastruktur obyektləri dağılıb.

Qeyd edək ki, bu il Qərbi və Mərkəzi Afrikada misli görünməmiş halda olan daşqınlardan ümumilikdə təxminən 4 milyon insan zərər çəkib. Ən çox ziyan dəymiş ölkələr Nigeriya, Çad, Mali, Qvineya, Niger, Kamerun, Qana və Liberiyadır.

Mütəxəssislər dağıdıcı daşqınların səbəblərini qlobal iqlim dəyişikliyində görürlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Saheldə (Afrikada Şimali Sahara ilə Cənubi Sahara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna regionu – red.) orta temperatur digər ölkələrlə müqayisədə 1,5 dəfə daha sürətlə yüksəlir.

OXŞAR XƏBƏRLƏR
Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib

Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib

İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb

İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu