http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Aprel şəhidlərinin xatirəsi anılıb

03 Aprel 2023 , 12:44
Aprel şəhidlərinin xatirəsi anılıb

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Aprel döyüşlərinin yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində anım tədbirləri keçirilib.

Hərbi qulluqçuların, şəhid ailələri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbirlərində şəhidlərimizin məzarları ziyarət edilib, üzərinə əklil və gül dəstələri qoyularaq ehtiram nümayiş etdirilib.

Mərasimlərdə Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. Qeyd olunub ki, 2016-cı ilin aprel ayının ilk günlərində ermənilərin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərindəki strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib.

Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb. Daha sonra hərbi qulluqçular aprel şəhidlərinin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

OXŞAR XƏBƏRLƏR
Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu