http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

03 Aprel 2023 , 13:57
İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

"Operativ Media" xəbər verir ki, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə edib.

Dövlət başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirib.

Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu