http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Aprel döyüşlərinin Azərbaycana yaratdığı ÜSTÜNLÜKLƏR

03 Aprel 2023 , 16:14
Aprel döyüşlərinin Azərbaycana yaratdığı ÜSTÜNLÜKLƏR

Azərbaycan ordusunun tarixi qələbəsinin başlanğıcı olan şanlı aprel döyüşlərindən 7 il ötür. Aprel  döyüşləri Azərbaycanın hərb sahəsində hansı zəminlər və üstünlüklər yaratdı? 4 günlük döyüşü 44 günün başlanğıcı hesab edə bilərikmi?

Məsələ ilə bağlı “Operativ Media”ya danışan hərbi ekspert Ramin Məmmədli bildirib ki, aprel döyüşlərindəki  məğlubiyyət Ermənistanın siyasi və hərbi strukturuna vurduğu zərbə oldu.  Bununlada Ermənistan 2018-ci ildə siyasi qarşıdurmalar məngənəsində əzildi. Hazırda da həmin proseslər davam edir.

“2016-cı il aprel döyüşləri bir neçə istiqamətdən əhəmiyyətli idi. Əvvəlcə onu qeyd etmək lazımdır ki, uzun illərdən sonra Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu miqyasda hərbi əməliyyat baş vermişdi. Döyüşlərin getdiyi hər iki istiqamətdə Azərbaycan üstünlük əldə edərək, strateji mövqeləri azad etməklə, 2020-ci ildə Vətən Müharibəsində bu istiqamətlərdə gələcəkdə qazanılacaq hərbi üstünlüyün əsası qoymuşdu.

Azərbaycan Ordusu hərbçisinin döyüş hazırlığı ilə yanaşı, silah-texnika parkını da sınaqdan çıxartdı. Həmçinin, xalqımızın ordu və dövlətə olan inamı daha da artdı. Ordumuz nəyə qadir olduğunu göstərdi. Başqa bir məsələ isə aprel döyüşlərində məğlubiyyətin Ermənistanın siyasi və hərbi strukturuna vurduğu zərbə oldu. Ermənistan 2018-ci ildə siyasi qarşıdurmalar məngənəsində əzildi. Bu gün də həmin proseslər davam etməkdədir.

Ordumuz Aprel döyüşlərində taktiki əhəmiyyətli, olduqca mühüm məntəqələri nəzarətə götürdü. Bu yüksəkliklər vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması baxımından da zəruri idi. Aprel döyüşləri bütün parametirləri ilə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı".

Qeyd edək ki, Aprel döyüşləri nəticəsində 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşmənə ağır zərbələrvurub, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.

Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb.
 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu