http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib

06 Aprel 2023 , 12:24
488
Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında"  22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Türkiyə Respublikasının vətəndaşı Kıvcı Abdulkadirin ekstradisiyası haqqında qərar qəbul edilib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi üzrə Kıvcı Abdulkadirin qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Kıvcı Abdulkadir Moldova Respublikasının ərazisində saxlanılaraq aprelin 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

OXŞAR XƏBƏRLƏR
Hadrut qələbəsi Şuşaya gedən yolun açılmasında böyük rol oynadı - ŞƏRH

Hadrut qələbəsi Şuşaya gedən yolun açılmasında böyük rol oynadı - ŞƏRH

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Mesut Özil "Qarabağ" klubunun qonağı olacaq

Mesut Özil "Qarabağ" klubunun qonağı olacaq

XƏBƏR LENTİ
  • 12:14

    BMT Baş katibinin birinci müavini bu gün Azərbaycana səfər edəcək
  • 12:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
  • 12:08

    Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib
  • 12:03

    "Veysəlli" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib
  • 11:50

    Hadrut qələbəsi Şuşaya gedən yolun açılmasında böyük rol oynadı - ŞƏRH
  • 11:45

    Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11:42

    Lionel Messi ətir biznesinə başlayıb
  • 11:38

    Baydenin müşaviri Azərbaycanda səfərdədir
Menyu