http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Hadrut qələbəsi Şuşaya gedən yolun açılmasında böyük rol oynadı - ŞƏRH

09 Oktyabr 2024 , 11:50
Hadrut qələbəsi Şuşaya gedən yolun açılmasında böyük rol oynadı - ŞƏRH

“Azərbaycan torpaqlarının hər qarışı əzizdir. Və bu torpalar uğrunda vuruşmaq, şəhid olmaq hər bir Azərbyacan vətəndaşı üçün şərəfdir. Qazandığımız qələbə göstərir ki, Azərbaycan oğulları, xalqı həqiqətən də öz torpaqlarını azad etməyə qadirdir. Və azğın düşmənlə döyüşməyi bacarır”.

"Operativ Media" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev deyib.

Millət vəkili Hadrut qələbəsinin Şuşaya gedən yolun açılmasında böyük önəmi olduğunu vurğulayıb.

“Bu gün Hadrutun işğaldan azad olunmasından 4 il keçir. Vətən müharibəsində Hadrut strateji mövqe idi. Çünki, Hadrutun işğaldan azad olması Şuşaya gedən yolun açılması idi.

Sovetlər dövründə Hadrutda SSRİ-nin böyük hərbi hissəsi yerləşdirilmişdir. Coğrafi mövqeyinə, strateji əhəmiyyətinə görə Hadrutun alınması Azərbaycan ordusu üçün çox vacib idi. 

Ali Baş Kamandanın strateji həlli, düşünülmüş planlar, ordumuzun cərasəti Hadrutu almağa bizə imkan verdi. Ağır döyüşlər nəticəsində Hadrut düşməndən azad edildi. Əlbəttə bu çətin qələbə idi. Hadrut uğrunda gedən döyüşlərdə biz qəhrəman zabit və əsgərlərimizi itirdik. Allah onların ruhunu şad eləsin.

Bu qələbə həmin ərazilərdə gedən sonraki döyüşlərə çox böyük təsir göstərdi və daha geniş ərazilərin azad edilməsinə imkan yaratdı. Hadrut dağlıq ərazidir. Burada döyüşmək, keçilməz çayları, zirvələri fəth etmək əlbətdəki cəsarət və döyüş qabiliyyəti tələb edir. Ancaq buna baxmayaraq Azərbaycan əsgər və zabitləri öz borclarını uğurla yerinə yetirdilər. Hadrut azad edildi. Bu gün həmin döyüşlərin üzərindən 4 il keçir.

İşğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm quruculuq, abadlıq işləri görülür. Həmin ərazilərdə həyat yenidən qayıdır. Hadrut gələcəkdə Qarabağın ən gözəl yaşayış məntəqələrindən birinə çevriləcək. Bu ərazi turizmin inkişafına da böyük təsir göstərəcək. Təbii imkanlarına görə, Hadrut əvəzsiz bir ərazidir. Biz bu gün qürur hissi keçiririk. Bu qələbə Azərbaycan Prezidentinin, ordumuzun hünərinin, xalqımızın birliyinin nəticəsidir. İşğaldan azad olunmuş ərazilər, eləcə də Hadrut bundan sonra özünün ən gözəl günlərini yaşayacaq”.

OXŞAR XƏBƏRLƏR
Bakıda NCQG üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub

Bakıda NCQG üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub

"Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı" - Millət vəkili

"Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı" - Millət vəkili

Bayden və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bayden və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

XƏBƏR LENTİ
  • 14:18

    "Ofis Sistem.az" şirkəti qanunvericiliyin tələbini pozduğuna görə cərimələnib
  • 14:12

    Bakıda NCQG üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub
  • 14:04

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib
    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib
  • 13:59

    İran parlamentinin bir qrup deputatı nüvə silahı yaratmaq tələbi ilə Təhlükəsizlik Şurasına müraciət edib
  • 13:54

    Azərbaycanda yeni futbol klubu yaradılıb
  • 13:52

    Kimya üzrə Nobel mükafatı laureatları açıqlanıb
  • 13:46

    Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
  • 13:42

    "Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı" - Millət vəkili
Menyu