http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Suraxanıda evdən 110.000 dollar oğurlayan şəxslər saxlanılıblar

06 Aprel 2023 , 12:59
Suraxanıda evdən 110.000 dollar oğurlayan şəxslər saxlanılıblar

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bir müddət əvvəl Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində baş verən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, əməliyyat nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və  Namik Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslər hadisə zamanı oğurluq etdikləri evdən 110.000 dollar, 1000 avro pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, qeyd edilən evdən oğurluq etmək təklifi əvvəlcə Üzeyir Bayramovdan gəlib. Onlar hadisə günü Niyazi Məmmədovun avtomobili ilə oğurluq edəcəkləri evə yollanıblar. Hadisədən sonra isə əldə etdikləri ev sahibinə məxsus pul vəsaitlərini aralarında bölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə  məlumat verə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Təhsilin İnkişafı Forumu öz işini yekunlaşdırıb

Təhsilin İnkişafı Forumu öz işini yekunlaşdırıb

Bu gün Cəbrayılda ilk dərs günüdür

Bu gün Cəbrayılda ilk dərs günüdür

XƏBƏR LENTİ
  • 11:08

    Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək
  • 11:02

    KİV: Aİ Ukraynaya 35 milyard avro ayıra bilər
  • 10:23

    Mesut Özil "Qarabağ" klubunun qonağı olacaq
    Mesut Özil "Qarabağ" klubunun qonağı olacaq
  • 10:20

    Bu gün Cəbrayılda ilk dərs günüdür
  • 10:20

    Təhsilin İnkişafı Forumu öz işini yekunlaşdırıb
  • 10:15

    Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır
  • 10:13

    Məhkəmə “Spring San Tex” şirkəti ilə bağlı qərar verib
  • 10:04

    PSJ futbolçuları Luis Enrikedən narazıdır
Menyu