http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır

09 Oktyabr 2024 , 10:15
Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib.

"Operativ Media" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, İnstitutun sertifikatlaşdırma orqanını Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) akkreditasiya edib.

“Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqinə və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.

2022-ci ildən Azərbaycanın İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatında (SMIIC) üzvlüyü təmin edilib. AZSTAND SMIIC-in 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyata keçilir, bu günə qədər halal məhsullar və xidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlət standartı qəbul edib, qurumun 23 əməkdaşı SMIIC, Halal Akkreditasiya Qurumu (HAK), Türk Standartlar İnstitutu (TSE) və digər nüfuzlu qurumların təşkil etdiyi təlimlərdə iştirak edərək halal sertifikatlaşdırma və ISO 22000:2018 "Qida təhlükəsizliyi idarəetmə sistemi" beynəlxalq standartı üzrə beynəlxalq səviyyədə tanınan baş auditor sertifikatlarını əldə edib.

OXŞAR XƏBƏRLƏR
"Veysəlli" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib

"Veysəlli" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib

XƏBƏR LENTİ
  • 12:23

    Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) matçının hakim təyinatları açıqlandı
  • 12:23

    Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək
  • 12:14

    BMT Baş katibinin birinci müavini bu gün Azərbaycana səfər edəcək
  • 12:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
  • 12:08

    Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib
  • 12:03

    "Veysəlli" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib
  • 11:50

    Hadrut qələbəsi Şuşaya gedən yolun açılmasında böyük rol oynadı - ŞƏRH
  • 11:45

    Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Menyu