http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Yaz aylarında dəriyə necə qulluq edilməlidir?

07 Aprel 2023 , 09:02
Yaz aylarında dəriyə necə qulluq edilməlidir?

Hazırda biz yaz fəslindəyik və bu vaxt insanların üz dərisində müxtəlif dəyişikliklər olur. Məsələ ilə bağlı həkim-kosmetoloq Fidan Məhərrəmova  “Operativ Media”ya müsahibəsində qeyd etdi ki, Yaz fəsli dərinin ən həssas olduğu dönəmdir və daha çox qulluq tələb edir.

- Yaz fəsli zamanı səpgilərdən üzdə yaranan bir çox dəri çatışmazlığından necə qoruna bilərik?
- Yazda üz dərisini əsasən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Ultrabənövşəyi şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır. 

- Hansı dəri tipi daha çox həssaslıq prinsipi daşıyır?
- Açıq dərili qadınlar yazda daha ehtiyatlı olmalıdırlar. Çünki qaraşın xanımlardan fərqli olaraq, açıq dərili xanımların dərisində qoruyucu faktor azdır. Sızanağa, səpkiyə meylli olanlar da günəşdən qorunmalıdırlar, ultrabənövşəyi şüalar sızanaqları və səpkini daha da artırır. Adətən yağlı dərililər sızanağa meylli olurlar. Buna görə də sızanağı olanlar günəşdən qoruyucu krem alarkən yağlı dəri üçün olan krem almalıdırlar. Əks halda quru dəri üçün aldıqları günəşdən qoruyucu üzlərində sızanaqların daha da artmasına səbəb ola bilər.

- Günəşin mənfi təsirlərindən necə qorunaq?
- Günəşdən qoruyucu kremlərin faktorları fəsildən və dəridən asılı olaraq seçilməlidir. 30-100 faktor arasında günəşdən qoruyucu kremlər olur. Payız və qışda daha az faktorlu, digər fəsillərdə isə yüksək faktorlu kremlərdən istifadə məsləhətdir.

- Ləkəyə meylli olan dərilər necə, onlar üçün xüsusi qorunma üsulu varmı?
- Bu tibb dəriyə sahib olan insanlar üzlərinə daha yüksək faktorlu kremlər çəkməlidirlər. Aşağı faktorlu günəşdən qoruyucular 2-3 saat, yüksək faktorlular 4-5 saatdan bir dəyişilməlidir. Açıq rəngli dəriyə malik olanlar da daha yüksək faktorlu kremlərdən istifadə etməlidirlər.

- Ev şəraitində üz dərisinə necə qulluq etmək olar?
- Bəzi xanımlar ev şəraitində hansı maskalardan istifadə edəcəyini soruşur. Bu maskaların ciddi effekti olmur. Sadəcə bir neçə saatlıq dərini təravətləndirir.


- Dəriyə qulluq hansı yaşdan başlamalıdır?
- Dərimizdə olan kollogen və elastinin sintezi 20 yaşdan sonra azaldığı üçün dəriyə qulluq  proseduru 25 yaşdan başlamalıdır. Ev şəraitində qulluqdan əlavə, profesional qulluq da edilməlidir.


- Kişilərdə dəriyə qulluq  necə aparılmalıdır?
- Kişilərin üz dərisi daha yağlı, qalın və kobud olur. Məsləhətdir ki, üzünüzü daha tez-tez yuyasınız. Bu dərinizi çirkdən, yağdan və tərdən təmizləyəcək. Səhərlər sərin su ilə üzünüzü yuyun ki, dəriniz oyansın. Küçədən gələndən sonra isə üzünü yumaqla çirk və mikrobdan təmizləmiş olursunuz. Düzgün nəmləndirici vasitələrdən istifadə edin. Və kişilər də xanımlar kimi dərilərinin tez qocalmasını istəmirlərsə, vaxtı vaxtında profesianal baxım etdirmələri məsləhətdir.


Ayşən Azadova
 

OXŞAR XƏBƏRLƏR
"Telegram"a 10 yeni funksiya əlavə olunacaq

"Telegram"a 10 yeni funksiya əlavə olunacaq

İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

XƏBƏR LENTİ
  • 06:17

    "Telegram"a 10 yeni funksiya əlavə olunacaq
  • 06:00

    Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb
  • 05:41

    Şimali Koreyada yeni kadr təyinatları olub
  • 05:30

    Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar
  • Dünən
    23:54

    Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB
  • Dünən
    23:17

    Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib
  • Dünən
    23:05

    Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
  • Dünən
    22:59

    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
Menyu