http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Paşinyan Türkiyə ilə son münasibətlərdən danışıb

18 Aprel 2023 , 12:13
Paşinyan Türkiyə ilə son münasibətlərdən danışıb

Bu gün Ermənistan Milli Assambleyanın növbədənkənar sessiyası çağırılıb, gündəliyə “Ermənistan Respublikası hökumətinin 2022-ci ildə beşillik (2021-2026) planının icrasının gedişi və nəticələri haqqında” məruzə daxil edilib.

"Operativ Media" xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərindən də söz açıb:

“Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, qeyd etməliyəm ki, bəli, ölkələrimiz arasında normal münasibətlər qurmaq üçün böyük imkan var. Etiraf etməliyəm ki, Türkiyədə baş verən son fəlakətli zəlzələyə bəşəri və qonşuluq dəyərlərinə əsaslanan məntiqlə cavab vermək qərarına gəldikdən sonra bu imkan siyasi, diplomatik və insani dəyərlərə görə artıb. Türkiyə hökuməti və ictimaiyyəti bizim jestimizi düzgün qəbul etdi.

Əgər tarixə və ondan yaranan problemlərə baxışımızı dəyişməsəydik, biz Türkiyəyə xilasetmə qrupu və humanitar yardım göndərmək qərarına gəlməzdik.

Türkiyə bizim səmimiyyətimizə inanmasaydı, Ani körpüsünü açmazdı. Ararat Mirzoyan Türkiyədə olarkən Xarici İşlər Nazirliyinin binası qarşısında Ermənistan bayrağı dalğalanırdı. Əlbəttə, bu sadəcə atribut deyil. Böyük məna kəsb edir. 

Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi həqiqətən də açılacaq və normal qonşuluq münasibətləri üçün zəmin yaranacaq. Yaxın aylarda üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılmasına dair razılaşma həyata keçiriləcək” - deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

İranın 1-ci vitse-prezidenti: "Moskva ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir"

İranın 1-ci vitse-prezidenti: "Moskva ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir"

XƏBƏR LENTİ
  • 17:19

    Mişustin İran prezidenti ilə danışıqlar aparıb
  • 17:10

    İşğaldan azad edilmiş ərazilərə indiyədək 2235 ailə köçürülüb
  • 17:00

    Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
  • 16:56

    "Fərdi evlərdə yaşıl enerjidən istifadə, bina evlərinə nisbətən daha əlverişlidir" - EKSPERT
  • 16:43

    Sabiq italyan futbolçu otel otağında ölü tapıldı
  • 16:40

    Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin keçirilməsi qaydası təsdiqlənib
  • 16:37

    Azad edilmiş ərazilərdə daha 330 mina aşkarlanıb
  • 16:35

    Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Menyu