http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

NK: Tibbi maska idxalının gömrük rüsumundan azad olunması daha 6 il uzadılıb

18 Aprel 2023 , 12:33
NK: Tibbi maska idxalının gömrük rüsumundan azad olunması daha 6 il uzadılıb

Azərbaycanda tibbi maska istehsalı üçün idxal olunan xammal 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumdan azad edilir.

"Operativ Media"nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə görə, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 3 fərqli formalı hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallarıın idxalı gömrük rüsumundan azadolma müddəti 2030-cu ilin dekabrın 31-dək uzadılıb.

Qeyd edək ki, eyni kateqoriyalı məhsullar üçün idxal rüsumundan azadolma ikinci dəfədir artırılıb. Belə ki, sonuncu dəfə Nazirlər Kabineti 2022-ci ilin noyabrın 5-də bu müddəti 2024-cü ilin dekabrın 31-dək artırıb.

OXŞAR XƏBƏRLƏR
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb

Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir

Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir

Babək rayonunda oğurluq edən şəxslər saxlanılıblar 

Babək rayonunda oğurluq edən şəxslər saxlanılıblar 

XƏBƏR LENTİ
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
  • 18:44

    Quterreş BRİCS-in sammitində iştirak edəcək
  • 18:23

    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
  • 18:16

    Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib
  • 18:08

    Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb
  • 18:01

    Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
Menyu