http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Başlıbel faciəsi: Beynəlxalq təşkilatlar niyə susur?

18 Aprel 2023 , 22:41
336
Başlıbel faciəsi: Beynəlxalq təşkilatlar niyə susur?

Bu gün Başlıbel hadisəsindən 30 il ötür. Tarixin hansı təqviminə baxsaq, ermənilərin Azərbaycan xalqına qarşı etdikləri haqsızlıqları, zülmləri, işgəncələri, etnik təmizləmə siyasətini görə bilərik. Bəs görəsən, xalqımıza qarşı olan haqsızlıqlara beynəlxalq təşkilatlar niyə göz yumur?

Mövzu ilə bağlı "Operativ Media”ya açıqlamasında Millət vəkili Arzu Nağıyev bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması, Azərbaycan xalqına qarşı törədilən vəhşilikləri faktlarla sübut olunur:

“Ermənilərin törətdiyi vəhşiliklər, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların tapılması ilə bağlı ciddi faktlarla beynəlxalq ictimaiyyətə çatdırılır. Bundan öncə də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın əsir və girovlarımız haqqında məlumatların gizlədilməsi faktı məlum olub. Torpaqlarımız əvvəl işğal altında olduğu üçün bu faktları çox üzə çıxartmaq, sübuta yetirmək olmurdu. Bir çox qurumlar həmçinin ATƏT-in Minsk qrupunun həmsədirləri və beynəlxalq təşkilatlar erməni təcavüzkarlığı haqqında susurdular. Hazırda işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması və Azərbaycan vətəndaşlarına qarşı törədilən vəhşiliklər faktlarla sübut olunur. Bu vandalizim aktlarından biri də Başlıbel hadisələridir. Artıq Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra bu istiqamətdə aparılan axtarışlardan məlum olub ki, ermənilər tək hərbçilərə qarşı deyil, uşaqlara, qocalara, qadınlara, sadə vətəndaşlara əli yalın, silahsız insanlara qarşı vəhşiliklər törədiblər. Qeyd etdiyim kimi, beynəlxaq təşkilatlar vaxtında susublar indidə eyni qayda ilə susmaqda davam edirlər. Cənab Ali Baş Komandan Prezident İlham Əliyevin apardığı siyasət eyni zamanda informasiya müharibəsinin nəticəsində ciddi məlumatları beynəlxalq təşkilatlara çatdırırıq. Məsələ ilə bağlı ölkənin bir çox dövlət qurumları, Heydər Əliyev fondunun, diaspora və Qeyri Hökumət təşkilatları, Xarici İşlər Naziriliyini, müxtəlif dövlətlərlə parlamentlər arası işci qurumları ilə danışıqlar aparırıq, haqq səsimizi dünyaya çatdırmağa müvəffəq oluruq. Bizim problemli məsələlərimizdən biri də budur ki, müraciət etdiyimiz təşkilatlarda daha çox ermənilər çalışır, həmin yerlər erməni lobbisinin nəzarəti altındadır və ikili standartlardan yanaşmalar var. Azərbaycan hər zaman haqq-ədalət üzərində mübarizə aparır, çətinliklə də olsa artıq biz dünyaya haqq səsimizi çatdırmağa nail oluruq. Artıq Xocalı faciəsi, bəzi dünya dövlətləri  parlamentləri tərəfindən tanınır. Ermənilərin və onların havadarlarının, qondarma tərəfdarlarının cəhdlərinə baxmayaraq, biz demək olar ki bununla bağlı ciddi addımlar atırıq".

Qeyd: 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.

Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib.

Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Ayşən Azadova

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu