http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"

03 Oktyabr 2024 , 23:14
"Malmö"nün baş məşqçisi:  "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"

"Malmö" Avropa Liqası Liqa fazasının 2-ci turu çərçivəsində Bakıda "Qarabağ"ı 261 hesabı ilə məğlub edib.

"Operativ Media" xəbər verir ki, İsveç təmsilçisinin baş məşqçisi Henrik Ridström matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, çətin oyun olacaq. Həqiqətən də belə oldu. "Qarabağ" çox güclü, gözəl komandadır. Onların yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik. Qalib də gəldik.

- "Reyncers"lə oyunla müqayisədə bu dəfə nə fərqli oldu?

- Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, "Qarabağ"ı bir çox hallarda müdafiəyə oturmağa məcbur edirdik.

- Belə olacağını ehtimal edirdiz?

- Bəli. "Qarabağ" güclüdür. Oyun planını elə qurduq ki, əks-hücumları nəzarətdə saxlayaq. "Reyncers"lə oyundan razı deyildim. Bu gün daha məntiqli oynadıq.

- "Qarabağ"ın forvardı Musa Qurbanlı "Yurqorden"də bir sezon oynayıb geri qayıtdı. Sizcə, bir azərbaycanlının Skandinaviya futboluna öyrəşməsi üçün nə lazımdır?

- Demək çətindir. Skandinaviya ölkələrində fiziki aspektdən hazır olmalısan. Bu gün texniki məqamlar nəzərə çarpdı. Amma Norveç və İsveçdə fiziki hazırlıq tələb olunur.

OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"

Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"

AL: "Qarabağ" "Malmö"yə məğlub oldu

AL: "Qarabağ" "Malmö"yə məğlub oldu

"Qarabağ" - "Malmö" matçının start heyətləri bilindi

"Qarabağ" - "Malmö" matçının start heyətləri bilindi

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu