http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub - FOTO

20 Aprel 2023 , 09:16
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub - FOTO

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təqdim olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Gəncə şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Fuad Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan külli miqdarda, yəni 1 kiloqram 180 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb edilib. Sonuncu dəfə Qobustan rayonu ərazisində əvvəlcədən ona deyilən ərazidən narkotik vasitəni götürüb, paytaxta aparmaq istəyən F.Abbasov polis əməkdaşları tərəfindən yaxalanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, F.Abbasovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Binə qəsəbəsində evdə yanğın olub

Binə qəsəbəsində evdə yanğın olub

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

XƏBƏR LENTİ
  • 13:06

    Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?
  • 13:06

    Binə qəsəbəsində evdə yanğın olub
  • 13:04

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
  • 13:00

    “Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?
  • 12:57

    Cümə gününün havası açıqlanıb
  • 12:50

    Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib
  • 12:46

    Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib
  • 12:43

    Lukaşenko: "Belarus və Azərbaycan üçüncü ölkələrə qarşı dost deyillər"
Menyu