http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

03 Oktyabr 2024 , 13:06
Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Bəzən vətəndaş səyahət etmək üçün öncədən bilet alır, amma sonra bu gedişdən imtina edir. Bəs hansı hallarda sərnişin ödədiyi gediş haqqını geri ala bilər:

“Operativ Media” xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) vətəndaşa aşağıdakı hallarda ödənişini geri qaytarır

1. Sərnişin qatarın yola düşməsinə 24 saat qalanadək gediş sənədini (bilet) qeydiyyat üçün təqdim etdikdə, biletin tam dəyəri vətəndaşa geri qaytarılır.

2. Sərnişin qatarın yola düşməsinə 24 saatdan 6 saata qədər vaxt qaldıqda gediş sənədini qeydiyyat üçün təqdim edirsə, biletin dəyərinin 90 faizi vətəndaşa geri qaytarılır.

3. Sərnişin qatararın yola düşməsinə 6 saatdan az vaxt qaldıqda və qatar yola düşdükdən sonra 1 saat ərzində gediş sənədini qeydiyyat üçün təqdim etdirsə, biletin dəyərinin 75 faizi vətəndaşa geri qaytarılır.

4. Sərnişin bədbəxt hadisə və xəstəliklə əlaqədar təsdiqedici sənədi qatarın yola düşməsindən sora 10 təqvim günü müddətinə təqdim etdiyi halda, biletin dəyərinin 75 faizi vətəndaşa geri qaytarılır.

Qeyd edək ki, bu hallar ölkədaxili istiqamətlər üçün nəzərdə tutulmuşdur.

Beynəlxalq istiqamətlər üçün aşağıdakı hallarda biletin ödənişi şəxsə geri qaytarılır:

1. Sərnişin gediş sənədini qeyd edilən qatarın yola düşməsinə 24 saat qalana qədər gediş sənədini qeydiyyat üçün təqdim etdikdə, biletin və plaskartanın tam dəyəri şəxsə geri qaytarılır.

2. Sərnişin qatarın yola düşməsinə 24 saatdan 6 saata qədər vaxt qaldıqda gediş sənədini qeydiyyat üçün təqdim etdikdə, biletin və plaskartanın 50 faizi şəxsə geri qaytarılır.

3. Sərnişin gedişdən imtina edərsə və qatarın yola düşməsinə 6 saatdan az, lakin qatar yola düşdükdən ən geci 1 saat ərzində gediş sənədini qeydiyyat üçün təqdim edirsə plaskartın dəyəri istisna olmaqla gedilməyən məsafəyə görə biletin dəyəri geri qaytarılır.

Qeyd: bu hala qrup halında gedişlər daxil deyil.

4. Sərnişin aralıq stansiyada sonraki gedişindən imtina edərsə və öz gediş sənədini sənədini gəldiyi qatar çatdıqdan sonra 3 saatdan gec olmayaraq qeydiyyat üçün təqdim etdikdə, plaskartın dəyəri istisna olmaqla gedilməyən məsafəyə görə biletin dəyəri geri qaytarılır.

Geri qaytarma əməliyyatının yerinə yetirilməsi zamanı aşağıdakı ödənişlər bu şəkildə yerinə yetirilir:

Gediş sənədi qatar yola düşənədək qaytarıldıqda yataq dəstindən istifadə haqqı sərnişinə tam qaytarılır.

Biletin sənədləşdiriməsinə görə əvvəlcədən ödənilən komisyon yığım sərnişinə qaytarılmır.

Geri qaytarma əməliyyatının sənədləşməsinə görə sərnişindən daşıyıcı tərəfindən müəyyən edilən yığım tutulur.

Pos-terminalla qaytarılan biletlərdə vəsait sərnişinin bilet aldığı bank kartı hesabına 7/30 təqvim günü müddətində mədaxil olunur.

Qeyd: Xəbər hazırlanarkən ADY-nin rəsmi məlumatlarından istifadə edilmişdir.

OXŞAR XƏBƏRLƏR
“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfər şəxsin məşğulluğu təmin olunub

Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfər şəxsin məşğulluğu təmin olunub

Respondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər - SORĞU

Respondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər - SORĞU

XƏBƏR LENTİ
  • 15:13

    Macarıstan hərbiçiləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində olublar
  • 15:10

    Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub
  • 15:07

    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
  • 15:03

    NATO-nun yeni Baş katibi Kiyevə gedib
  • 15:01

    Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
  • 14:55

    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
  • 14:45

    Paşinyan Fransada səfərdədir
  • 14:30

    "Qarabağ"ın oyunu ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Menyu