http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Formula 1 Azərbaycan Qran-Prisinin əsas tribunasının biletləri tamamilə satılıb

21 Aprel 2023 , 22:24
Formula 1 Azərbaycan Qran-Prisinin əsas tribunasının biletləri tamamilə satılıb

Gözlənilməzlərlə dolu 2023-cü il Azərbaycan Qran-Prisinə doqquz gün qalmış müddətdə yarışın mərkəzi tribunası hesab olunan Abşeron tribunasının bütün sektorlarının biletləri tamamilə satılıb.

"Operativ Media" xəbər verir ki, bilet satışında rekord rəqəmlərin müşahidə olunduğu builki Bakı yarışı üçün biletlərin sayı məhduddur və tezliklə bütün tribunalara yerlərin bitməsi gözlənilir. Ən çox rəğbət görən tribunalardan biri olan Abşeron tribunasına bütün yerlərin tutulması ilə artıq 12 tribunadan 10-una yerlər tamamilə tutulub.

Ötən illərdə keçirilmiş altı yarışla müqayisədə bu ilki yarışda ilk dəfədir ki, 100-dən çox fərqli ölkədən azarkeşlər ölkəmizi ziyarət edəcəklər. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu o deməkdir ki, dünya üzərində mövcud ölkələrin yarısından çoxu öz ölkəsini Bakıda azarkeş qismində təmsil edəcək. Bundan başqa, bu il Azərbaycana Qran-Prini izləməyə gələn əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatıb.

Möhtəşəm yarış həftəsonuna sayılı günlər qaldığı bir vaxtda yalnız Bakcell (Azneft) və Xəzər tribunalarında məhdud sayda biletlər mövcuddur.

Formula 1 mövsümünün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı 28-30 aprel tarixlərində baş tutacaq və paytaxtımız ilk dəfə Sprint yarışına ev sahibliyi edəcək.

Bu Sprint yarışı cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisidir və bu yarış pərəstişkarları üç gün davam edəcək möhtəşəm mübarizə, yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra Bulvardakı böyük səhnədə Don Diablo və Hardwell konsertlərindən zövq alaraq möhtəşəm F1 təcrübəsi yaşayacaqlar.

Üç günlük bilet sahibləri paytaxtın əsrarəngiz mənzərəsinə sahib Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertlərə qatıla biləcəklər. Azarkeşlərin pit yolu gəzintisinə qoşularaq Formula 1 komandalarının pərdə arxasını görmək kimi eksklüziv bir təcrübə yaşamaq şansları da olacaq. Onlar həmçinin, forum şəklində keçiriləcək avtoqraf sessiyasına qoşularaq sevimli pilotlarını canlı görmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən və ya şəhərimizin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər - 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt.

Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu