http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb

22 Aprel 2023 , 18:28
450
Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır

Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır

Dövlət Komissiyasının sədri: Hazırda 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

Dövlət Komissiyasının sədri: Hazırda 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

Əli Nağıyev: Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155-inin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb

Əli Nağıyev: Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155-inin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb

XƏBƏR LENTİ
  • 12:22

    Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
  • 12:14

    “Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib
  • 12:01

    Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb
  • 11:55

    FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib
  • 11:51

    KİV: İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib
  • 11:49

    İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq
  • 11:31

    İsrailin şimalında bir saat ərzində altı dəfə hava hücumu xəbərdarlığı səslənib
  • 11:29

    Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Menyu