http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Çin dostluq elçisi olan pandanı ABŞ-dan vətənə gətirəcək

24 Aprel 2023 , 07:15
Çin dostluq elçisi olan pandanı ABŞ-dan vətənə gətirəcək

Çin böyük panda Ya Yanı Memfis şəhərindən (Tennessi ştatı, ABŞ) vətənə gətirəcək.

"Operativ Media" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çinin Meşə və Çöl Təsərrüfatı Dövlət İdarəsi məlumat yayıb. Məlumata görə, Birləşmiş Ştatlarda 20 il yaşamış böyük dişi panda Ya Ya bir neçə gün ərzində Çinə qayıdacaq. Tərəflərin razılığına əsasən, onu Şanxaya uçan təyyarəyə mindirəcəklər.

Ya Ya 2000-ci ilin avqustunda Pekin zooparkında doğulub. O, 2003-cü ilin aprelində böyük panda Le Le ilə birlikdə dostluq elçisi kimi Memfisə gətirilib. 2022-ci ilin sonunda yerli zoopark bəyan edib ki, ABŞ-da 20 illik qalma müddəti başa çatdıqda Ya Yanı Çinə qaytaracaq.

Ya Yanın ABŞ-da qalması barədə ilkin razılaşma 10 il müddətinə idi. 2013-cü ildə həmin müddət bir o qədər də artırılıb.

Fevral ayında pandanın səhhətinin yoxlamaq məqsədilə bir qrup çinli ekspert Memfisdəki zooparkda olub. Onlar müəyyən ediblər ki, dəri xəstəliyi nəticəsində Ya Yanın xəzində seyrəlmə yaranıb.

Daha əvvəl çinli internet istifadəçiləri heyvanın vəziyyətindən ciddi narahat olduqlarını bildiriblər. Böyük pandalar Çinin qeyri-rəsmi simvolu hesab olunur.

OXŞAR XƏBƏRLƏR
Tonqo sahillərində güclü zəlzələ olub

Tonqo sahillərində güclü zəlzələ olub

Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik

Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik

Şarl Mişel İranın İsrailə hücumunu pisləyib

Şarl Mişel İranın İsrailə hücumunu pisləyib

XƏBƏR LENTİ
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
Menyu