http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

02 Oktyabr 2024 , 06:09
Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

Meksikanın dünən səlahiyyətlərinin icrasına başlayan yeni Prezidenti Klaudiya Şeynbaum Pardo Azərbaycana təşəkkür edib.

"Operativ Media" xəbər verir ki, o, bununla bağlı “X”dəki sosial şəbəkəsindəki hesabında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla və digər ölkələrin rəsmiləri ilə görüşünü əks etdirən videoçarx paylaşıb.

Dövlət başçısı Azərbaycan da daxil olmaqla 105 ölkənin nümayəndələrinə də təşəkkür edib.

“Xarici siyasətimiz xalqların Konstitusiya yolu ilə öz müqəddəratını təyinetmə, daxili işlərə müdaxilə etməmək, mübahisələrin sülh yolu ilə həlli, inkişaf və dünya xalqları ilə qardaşlıq naminə beynəlxalq əməkdaşlıq kimi prinsiplərə riayət edəcək”, - Klaudiya Şeynbaum Pardo paylaşımda qeyd edib.

Qeyd edək ki, Klaudiya Şeynbaum oktyabrın 1-də rəsmi olaraq Meksika Prezidenti vəzifəsinin icrasına başlayıb.

Dünənki andiçmə mərasimi Meksikanın Respublika Konqresinin (ikipalatalı parlament) iclaslarının keçirildiyi San-Lasaro qanunverici Sarayında baş tutub.

OXŞAR XƏBƏRLƏR
Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb

Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

XƏBƏR LENTİ
  • 08:33

    Şəkidə narkokuryerlik edən şəxs tutulub
  • 08:25

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:58

    Bakıda cinayət törətməkdə şübhəli bilinən 16 yaşlı şəxs saxlanılıb
  • 07:26

    Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
Menyu