http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

MN: Hərbi vəzifəlilər atış çalışmaları icra ediblər

25 Aprel 2023 , 15:05
MN: Hərbi vəzifəlilər atış çalışmaları icra ediblər

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilir.

Toplanış zamanı hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilib.
Həmçinin hərbi vəzifəlilər təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

OXŞAR XƏBƏRLƏR
ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır

ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

XƏBƏR LENTİ
  • 07:38

    Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
    Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
  • 06:54

    ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır
  • 06:38

    “Hizbullah” hərbi əməliyyatlardan əvvəl İsrailin şimalına zərbələr endirib
  • 06:20

    Yaponiya hökuməti tam tərkibdə istefa verib
  • 06:08

    Orxan Məmmədov milli üzvləri ilə görüşdü
  • 05:41

    Kamçatkada zəlzələ olub
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
Menyu