http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Bakı metropoliteninin iş rejimi 2 saat uzadılacaq

26 Aprel 2023 , 11:26
443
Bakı metropoliteninin iş rejimi 2 saat uzadılacaq

Aprelin 28-dən 30-dək keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Metropolitenin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq.

Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək.

Qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq. Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq.
 

OXŞAR XƏBƏRLƏR
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Prezident  Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu