http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Binəqədidə 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıblar

26 Aprel 2023 , 11:36
Binəqədidə 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıblar

Binəqədi Rayon Polis İdarəsinin 43–cü Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsi və ətraf ərazilərdə yerləşən evlərdən silsilə oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov saxlanılıb. Onun Binəqədi qəsəbəsində 12 evdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. 

Binəqədi RPİ-nin 43–cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə yeni tikilməkdə olan evlərdən təmir-tikinti və kombi aparatları oğurlayan əvvəllər məhkum olunmuş Vüsal Zeynalov da saxlanılaraq istintaqa təqdim edilib. Onun saxlanılan müddətə qədər 10 evdən oğurluq etdiyi məlum olub.

 Aşkar edilən faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Bəhruz Əhmədov və Vüsal Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, 43-cü Polis Bölməsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu