http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Rəşad Sadıqov: "Əminəm ki, biz tərəfə olsaydı bu epizod qol sayılardı"

01 May 2023 , 23:12
Rəşad Sadıqov: "Əminəm ki, biz tərəfə olsaydı bu epizod qol sayılardı"

Azərbaycan Premyer Liqasının XXXII turunun "Zirə" - "Turan Tovuz" oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Media" xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Oyunu şərh etmək çətindir. Qələbəyə köklənmişdik, alınmadı. İlk dəqiqələrdən oyun bizim üçün pis başladı. Rəqib standart vəziyyətdən qol vurdu. Sonra çoxsaylı hücumlarımız olsa da, qol vura bilmədik. İlk hissədə oyun çox gərgin keçdi. Fasilədə futbolçular stressli idi, onları sakitləşdirməyə çalışdıq. İkinci hissə də eyni başladı. Vurulan, sayılmayan qol, yenə 0:2, üstünə 0:3... Əslində oyun başqa cür də gedə bilərdi. Rəqib bu gün 4 standart vəziyyətdən qol vurdu, biri sayılmadı. Nə vururdularsa, qol olurdu. Bilmirəm, mənim qismətimdir, ya komandanın... Çox çətinlik çəkirik, çox şanssızlıqlar yaşayırıq. Sərtan Taşkın, Donald Gerye zədəlidir, Slavik zəhərlənmişdi. Meydana buraxmağa cinah oyunçusu tapmırdıq. Rəqibin qolları da bu cinahdan gəldi. Məğlubiyyətlə barışıb, gələcəyə baxmalıyıq. Növbəti turlara hazırlaşacağıq. Veriləcək suallardan biri 4-cü sıradakı komanda ilə xal fərqinin artmasıdır. Özüm cavablandırım, son turda baş verən hadisələr var idi, böyük işarələr idi. Biz 90+4-də 100 faizlik epizodu dəyərləndirmirik, "Qəbələ"də isə son saniyələrdə top dirəyə dəyir və qoldan xilas olurlar. Bizim üçün işarələr var idi. Xal fərqini azalda bilərdik, bəxtimiz gətirmir.

- Rəhim Sadıxovun qolu sayılsaydı, nəticə fərqli ola bilərdi?

- Sayılmayan qolu başa düşmədim. Xətti diaqonal qoymuşdular. Başa düşmədim, nə üçün belə idi? Bunun açıqlaması olsaydı, yaxşı olardı. Əminəm ki, biz tərəfə olsaydı bu epizod qol sayılardı. Qərarlar lehimizə verilsəydi hakim VAR-a çağırılmazdı, futbolçu penaltini vurmaq üçün 8 dəqiqə gözləyir. Qolumuzun niyə sayılmadığını başa düşmədim. Epizoda baxdım, yenə başa düşmədim, nəysə.

- Komanda son üç oyunda standart vəziyyətlərdən qol buraxır. Bu, nə ilə bağlıdır?

- Çox maraqlı faktdır. Oyunun gedişində bunu düşünürdüm. Bəzən elə heyətlə meydana çıxırsan ki, hücumameyilli oyunçular olur. Demək olar, standart vəziyyətlərdə mübarizə aparacaq oyunçumuz 1-2 nəfər idi. Bir oyunda bu qədər standart vəziyyətdən qol buraxmaq çoxdur.

- Hamidu Keytanın penaltini qaçırması oyunun qırılma anı idi?

- Məncə, oyunun qırılma nöqtəsi qolun sayılmamasıdır. Sonra ikinci qol... Elə çıxır ki, VAR müdaxilə etməsəydi, hakim qolu sayacaqdı. 3-5 dəqiqə onla-bunla mübahisə edir. Belə şeylər oyunu çox sındırır. Bu gün belə hadisələr çox oldu. Belə şeylərin üstündə dayanmaq istəmirəm. Kaş, qələbə qazanardıq və bu haqda geniş danışardım. Məğlubiyyəti qəbul edirəm, futbolçularım meydanda mübarizə apardılar. Daha aktiv olmalı idik. Mən də futbolçu olmuşam. Müəyyən şeylər var ki, psixoloji təsir edir. Nə edək, futboldur.

- Mohamed Hamdauinin iştirak ərizəsində olmamağı nə ilə bağlıdır?

- Zədəlidir. Yəqin ki, mövsümü bitirdi.

- Qayıtma müddəti nə vaxt olacaq?

- Bilinmir, tam hazır olmasa, risk etməyəcəyik.

- "Qarabağ"la səfərdə heç-heçə, burda məğlubiyyət. Problem nədədir?

- İlk hissəni əla keçirdik. Çox sürətli və dominant oynayırdıq. Fasilədən sonra passiv başladıq. "Şamaxı" ilə oyunda da belə olmuşdu. Bizə qarşı həssas qərarlar çox olur. Rəqibi qapımıza yaxın buraxmamalıyıq. Gələndə nələrsə baş verir. İkinci hissədə erkən qollar buraxırıq. Fasilədən sonra daha yaxşı komanda gözləyirdim.

- Bu mövsüm yaşadıqlarınız sizi nəyi deməyə məcbur edir?

- Çox şanssızlıq yaşayırıq. Kimdənsə yaxşı olduğumuzu demirəm. Qırılma nöqtələri var və bizim xeyrimizə deyil. Daha fərqli xal ehtiyatı və turnir cədvəli ola bilərdi. Eyni zamanda kubokda da.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Krivotsyuk oynadı, komandası məğlub oldu

Krivotsyuk oynadı, komandası məğlub oldu

Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı

Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı

XƏBƏR LENTİ
  • 21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • 21:04

    İranda 5 günlük matəm elan olunub
  • 20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
  • 19:57

    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
  • 19:30

    Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib
  • 19:10

    Muxtar Babayev Selvin Hart ilə görüşüb
  • 18:54

    Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi
  • 18:54

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
Menyu