http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

28 Sentyabr 2024 , 18:54
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir.

Bunun nəticəsidir ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında baş tutan İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçiriləcək.

Bu gün Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası Heydər Əliyev Mərkəzində baş tutub.

İclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib. 

Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyini bildirməklə dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirilməsinin mühüm tarixi nailiyyət olduğunu vurğulayaraq, ölkəmizin Assosiasiyanın işinə gələcəkdə də önəmli töhfələr verəcəyini qeyd edib.

İclasda BPA-nın gələcək strategiyası və fəaliyyəti, beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər müzakirə edilib.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. 

İclasda, həmçinin, cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Assosiasiyanın İllik Konfransı və Ümumi Yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Yekunda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu İllik Konfransı və Ümumi Yığıncağının Sinqapurda (Sinqapur şəhəri), 31-ci İllik Konfransı və Ümumi Yığıncağının isə Səudiyyə Ərəbistanı Krallığında (Ər-Riyad şəhəri) keçirilməsi barədə ilkin qərar qəbul olunub.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

XƏBƏR LENTİ
  • 21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • 21:04

    İranda 5 günlük matəm elan olunub
  • 20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
  • 19:57

    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
  • 19:30

    Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib
  • 19:10

    Muxtar Babayev Selvin Hart ilə görüşüb
  • 18:54

    Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi
  • 18:54

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
Menyu