http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İrandan Azərbaycana bəyan edilmədən 45 ədəd patron keçirilməsinin qarşısı alınıb

02 May 2023 , 17:24
İrandan Azərbaycana bəyan edilmədən 45 ədəd patron keçirilməsinin qarşısı alınıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

"Operativ Media" xəbər verir ki,  “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur

Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur

XƏBƏR LENTİ
  • 13:31

    İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
Menyu