http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Yelo Bank-ın dəstəyi ilə Gəncədə Uşaqlar Günü qeyd edildi

01 İyun 2023 , 17:37
Yelo Bank-ın dəstəyi ilə Gəncədə Uşaqlar Günü qeyd edildi

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yelo Bank Gəncədə sosial layihə həyata keçirdi. M. Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində təşkil olunan tədbirdə Gəncə SOS Uşaq Kəndi də daxil olmaqla 350-ə yaxın məktəbli iştirak edib. Məktəblilər üçün təşkil olunmuş azad səhnədə müxtəlif mahnılar ifa edildi, fərqli mədəniyyətlərə məxsus rəqs, akrobatik çıxışlar, musiqi alətlərində ifalar gerçəkləşdirildi. Məktəblilərin performansı ilə rəngarəng keçən bu tədbirdə sülh, dostluq, yaradıcılıq və bərabərlik mesajları verildi. Daha sonra məktəblilər komandalara bölünərək müxtəlif master-klaslarda iştirak etdilər. Sonda çıxışlarına görə məktəblilərə Yelo Bank tərəfindən hədiyyələr təqdim olundu.

Qeyd edək ki, Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim uşaqları və gəncləri diqqət mərkəzində saxlayır. Bank bundan sonra da  həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlar və gənclərə dəstək layihələrini davam etdirəcək.

Depozit faizləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. Yelo Bank AR Mərkəzi Bankının 203 saylı lisenziyası əsasında 25.02.1994-cü ildən 17 filial və 1 özünəxidmət mərkəzi ilə müştərilərin xidmətindədir. Ünvan: Həsən bəy Zərdabi pr. 81 K, Tel: 981

Yelo Bank – Parlaq bankçılıq!

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • 06:53

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
Menyu