http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Rayonlarda yenə yağış, dolu gözlənilir

02 İyun 2023 , 10:05
Rayonlarda yenə yağış, dolu gözlənilir

Faktiki hava açıqlanıb.

"Operativ Media" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 09:00-a olan məlumatına əsasən iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib. Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir.

“Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

XƏBƏR LENTİ
  • 10:59

    Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb
  • 10:49

    Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib 
  • 10:46

    Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
  • 10:23

    Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı olub - FAKTİKİ HAVA
  • 10:15

    VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
  • 10:14

    "Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi
  • 09:54

    Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir
  • 09:39

    "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
Menyu