http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

MN: Qazaxıstanlı nümayəndə heyəti ölkəmizdə səfərdədir

02 İyun 2023 , 11:57
MN: Qazaxıstanlı nümayəndə heyəti ölkəmizdə səfərdədir

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzlərin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər. Sonra qazaxıstanlı nümayəndələr Əməliyyat (Komando) hərbi hissələrinin birinə gəliblər.

Qonaqlara hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib. Nümayəndə heyəti burada hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər.

OXŞAR XƏBƏRLƏR
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib - VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib - VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

XƏBƏR LENTİ
  • 13:31

    İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
Menyu