http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Sudan qanunsuz istifadə halları aşkarlanıb

02 İyun 2023 , 15:51
Sudan qanunsuz istifadə halları aşkarlanıb

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. Suraxanı rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB massivində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edib. Obyekt sahibinə sudan qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilsə də, o, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq suyu talamaqda davam edib.

Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində qum bazarı və istixanada da sudan qanunsuz istifadə halı aşkarlanıb. Sahibkar əhalini içməli su ilə təmin edən əsas xəttə birləşmə verərək, obyektlərin suya olan tələbatını ödəyirmiş. Oxşar fakt Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 ünvanında yerləşən kafedə də aşkarlanıb. Kafe sahibi obyekti çən vasitəsilə su ilə təmin etdiyini bildirib. Lakın araşdırmalardan sonra məlum olub ki, yaxınlıqdan keçən şəbəkədən həm çənə, həm də obyektin özünə qanunsuz su xətti çəkilib. Oqtay Şabanov küçəsində yerləşən toyuq və balıq məhsullarının qurudulması sexində su sayğacı olmasına baxmayaraq, sayğacdankənar xətdən istifadə edildiyi aşkar olunub. Əraziyə dəvət olunan qəza briqadası tərəfindən qeyri-qanuni birləşmələrin hamısı kəsilərək, ləğv edilib.

Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4817, Suraxanı rayonunda isə 133 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

XƏBƏR LENTİ
  • 14:45

    Krivotsyuk oynadı, komandası məğlub oldu
  • 14:43

    Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib
  • 14:23

    Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq
  • 14:21

    Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib
  • 14:07

    Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib
  • 14:00

    “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
  • 13:52

    “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib
    “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib
  • 13:42

    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Menyu